AZ

Marko Roys: “Bosussiya” bu Çempionlar Liqasını qazanmalıdır”

Dortmund “Borussiya”sının alman hücumameylli yarımmüdafiəçisi Marko Roys komandasının Çempionlar Liqasının finalına yüksəlməsini şərh edib.

Arena.az xatırladır ki, “Borussiya” Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda Fransa nəhəngi PSJ-ni 1:0 hesabı ilə məğlub edərək, finala yüksəlib.

“Biz “Uembli”yə gedirik. Bu dəlilikdir, sərsəmlikdir. On ildən artıq bir müddətdən sonra geri döndük. Məqsədimizə çatmalıyıq, bu, bizim məqamımızdır.

PSJ oyunçularının qapı çərçivəsinə zərbələri? Ümumiyyətlə bu, kimin eyninədir ki? Sabah bunların heç biri əhəmiyyət kəsb etməyəcək. Heç kim soruşmayacaq ki, bu oyunda necə qalib gəldik. Əsas odur ki, “Borussiya” yenidən finaldadır. Bunu heç kim gözləmirdi. Bu, sadəcə olaraq inanılmazdır. Bu, həqiqətən təsviredilməzdir. On ildən artıq müddətdən sonra yenidən “Borussiya” ilə finaldayam”, deyə Marko Roys iddiasını ortaya qoyub.

Xatırladaq ki, Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı “Real” – “Bayern” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar yarımfinalın cavab oyununu bu gün, mayın 8-də keçirəcəklər.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
50
arena.az

10Mənbələr