AZ

Dünyada bərpa olunan enerjinin payı ilk dəfə 30 faizi ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il bərpa olunan enerji mənbələrinin qlobal elektrik enerjisi istehsalında payı ilk dəfə 30 faizi ötüb.

Banco.az xəbər verir ki, Londonda yerləşən enerji analitik mərkəzi “Ember”in “Qlobal Elektrik Monitorinqi Hesabat”ı dərc olunub.

Hesabat qlobal elektrik tələbatının 92 faizini təşkil edən 80 ölkənin elektrik enerjisi istehsalı məlumatlarını əhatə edir.

Hesabatda qeyd olunub ki, ötən il dünyada elektrik enerjisinə tələbat rekord həddə - 29,5 teravatt/saata çatıb. Qlobal elektrik tələbatı, xüsusilə inkişaf etmiş ölkələrdə istehlakın azalması səbəbindən ötən il 2,2 faizlik zəif artım tendensiyası nümayiş etdirib.

Bu dövrdə Eeektrik enerjisinə olan tələbatı ödəmək üçün ən sürətlə artan istehsal mənbələri günəş və külək enerjisi olub. Ötən il qlobal elektrik enerjisi istehsalının 5,5 faizi günəş enerjisindən, 7,8 faizi isə külək enerjisindən əldə edilib.

Elektrik enerjisi istehsalında illik ən çox artım 23,2 faizlə günəş enerjisində olub. Günəş enerjisi 19 ildir ki, dünyanın ən sürətlə böyüyən elektrik enerjisi mənbəyi kimi mövqeyini qoruyub saxlayır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
banco.az

1Mənbələr