Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİB
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İbad Musarza oğlu Musayevlə Lənkəran rayonunun Şağlasər kəndində keçirilən vida mərasimi başa çatıb.1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Şağlasər kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, Lənkəran Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 15:56Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İbad Musarza oğlu Musayevlə Lənkəran rayonunun Şağlasər kəndində keçirilən vida mərasimi başa çatıb.1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Şağlasər kənd qəbiristanlığına aparılır. 15:36Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbad Musarza oğlu Musayevin meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi rayonun Şağlasər kəndində ailəsinə təhvil verilib. Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, İbad Musarza oğlu Musayev 1974-cü il martın 8-də anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb. İ.Musayev Şağlasər kənd qəbiristanlığında dəfn olunacaq.