AZ

“İki dəfə deputat olmuşam, amma...” - Qulamhüseyn Əlibəyli

"Biz bir partiya olaraq ötən il qərara gəldik ki, fəaliyyətimizi dayandıraq. Ona görə də qarşıdakı parlament seçkilərində fərd olaraq iştirak etmək istəyirəm".

Bunu Bakupost.az -a açıqlamasında keçmiş Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

O, budəfəki seçkidə namizədliyini fərdi qaydada irəli sürmək istədiyini bildirib:

“İki dəfə deputat olmuşam, parlamentdə fəaliyyət göstərmişəm. İstəyirəm, bir daha özümü bu seçkilərdə sınayım. Amma yenə bu məsələ konkret şəraitdən asılı olacaq. Hələ ki qəti qərar verməmişəm. Yəqin ki, seçkilərin tarixi müəyyənləşənə qədər movqeyimi dəqiqləşdirəcəyəm”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
bakupost.az

1Mənbələr