AZ

“Walt Disney”in rüblük gəliri 22 milyard dollara çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük əyləncə və media şirkəti olan “Walt Disney”in gəliri martın 30-da başa çatan maliyyə ilinin ikinci rübündə artaraq, keçən ilin eyni dövründəki 21,8 milyard dollarla müqayisədə, 22 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatlarında deyilir.

Eyni zamanda, “Walt Disney” 1,27 milyard dollar mənfəət ilə müqayisədə hesabat dövrünün nəticələrinə görə 20 milyon dollar xalis zərər çəkib. Səhm başına zərər 0,01 dollar təşkil edib. Vergi öncəsi mənfəət 657 milyon dollar olub, keçən ilin eyni dövründə isə 2,1 milyard dollar təşkil etmişdir.

Məlumata görə, “Disney” bütün il üçün korrektə edilmiş mənfəət artım proqnozunu 20%-dən 25%-ə qaldırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
9
banco.az

9Mənbələr