AZ

Ağakərimdən xəbər var - Həkim deyib ki...

Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) müalicəsinə başlanılıb. 

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" verilişinin dəstəyi ilə ifaçı reabilitasiya mərkəzinə aparılıb. 

"Bir günün belə təsiri oldu. Həkim deyib ki, evdə də qoymayın otursun. Tapşırıqlar veriblər, 3 saat otuzdurduq, yuxuladı yatdı" deyə, meyxanaçının oğlu Kamil Kərimoğlu bildirib. 

Əlavə olunub ki, sənətçiyə eyni zamanda dərman müalicəsi də ediləcək.  

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
6
day.az

7Mənbələr