Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda 6,1 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) Vanuatuda baş verən zəlzələnin episentrinin Luqanvil bölgəsindən 99 kilometr şimal-şərqdə olduğunu bildirib.
Zəlzələ yerin 12,5 kilometr dərinliyində qeydə alınıb.
Sunami xəbərdarlığı verilməyib
Can və mal itkisinin olmadığı zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.