AZ

Najah gələcəyi barədə qərar verməyib: “Hər oyun öyrənmək üçün fürsətdir”

“Səbail”in niderlandlı futbolçusu Anas Najahın futbolinfo.az saytına müsahibəsi

– Turnir cədvəlində sonuncu olan “Qəbələ”yə uduzmaq necə hissdir?

– Açığı, son pillədə olan “Qəbələ”yə uduzmaq bizim üçün məyusedici məqam oldu. Bununla belə, hər oyun öyrənmək və inkişaf etmək üçün bir fürsətdir. Bu, bizə heç biri rəqibi mövqeyinə görə dəyərləndirməməyin vacibliyini göstərdi.

– Artıq avrokubok şansı bitdi. Mövsümü sizin üçün bitmiş saymaq olar?

– Turnir cədvəlindəki  vəziyyətimizdən asılı olmayaraq, hər oyunda qalib gəlmək istəyirik. Hər matça əlimizdən gələnin ən yaxşısını etmək üçün çıxırıq. Növbəti oyunlarda bunu təkrarlayacağıq.

– Motivasiyanız nə olacaq?

–  Azarkeşlərimiz, məşqçi heyətimiz və komandamız üçün oynamalıyıq. Cari mövsümdə bizə hər zaman çox dəstək oldular. Buna görə də növbəti oyunlara maksimum nəticə və yaxşı oyun üçün çıxacağıq.

– Mövsümü komandanız üçün necə dəyərləndirmək olar?

– Bu mövsümü bizim üçün uğurlu saya bilərik. Çünki komandamızın 95%-i yeni futbolçulardan ibarətdir. Buna baxmayaraq, meydanda keyfiyyətli oyun göstərməyi bacardığımızı düşünürəm.

– Növbəti il daha yaxşısı olacaq?

– Gələn mövsüm üçün ümidlərimiz böyükdür. Daha yaxşı “Səbail” görəcəyimizə əminəm. Hər birimizin əsas məqsədi komandamızın uğurlu olmasıdır. Bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

– Mövsüm sona yaxınlaşır. Azərbaycanda qalmağı düşünürsən, ya daha yaxşı təkliflər var?

– Bu barədə danışmaq istəmirəm. Çünki qarşıda bizi 3 vacib oyun gözləyir. Bütün diqqətim növbəti oyunlarımıza yönəlib. Bu klubda, Azərbaycanda keçirdiyim zamandan həzz alıram. İlk gəldiyim gündən buyana mənə doğma hisslər yaşatdılar. Bunun üçün bütün komanda yoldaşlarıma, məşqçilər heyətimizə və ümumən burdakı hər kəsə minnətdaram.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
futbolinfo.az

1Mənbələr