AZ

Pakistandan kritik qərar: “Xəbərdarlığa baxmayaraq, İranla...”

Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar ABŞ-nin xəbərdarlığına baxmayaraq, İranla “Sülh” qaz kəmərinin tikintisinin başa çatacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ölkənin baş diplomatı ABŞ-ni Pakistanın suverenliyinə hörmət etməyə çağırıb.

“ABŞ Pakistan-İran qaz kəməri layihəsinin həyata keçirilməsini dəstəkləməyəcəyini açıqlayıb və Tehranla iş aparacağı təqdirdə sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. ABŞ və ya digər ölkələrin nə deməsindən asılı olmayaraq, biz öz maraqlarımızı rəhbər tutmalı və onlara uyğun hərəkət etməliyik”, - İshaq Dar bildirib.

Onun sözlərinə görə, Pakistan suveren dövlətdir, digər ölkələrin suverenliyinə hörmət edir və onlardan da ölkəsinə qarşı eyni münasibəti gözləyirlər.

Qaz kəmərinin başa çatdırılması məsələsi İran Prezidenti İbrahim Rəisinin apreldə İslamabada rəsmi səfəri zamanı müzakirə olunmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
teleqraf.com

1Mənbələr