AZ

Sahib Məmmədov: “Bolqarıstan Azərbaycanın TOP 10 ixrac bazarı sırasındadır”

“Bolqarıstan və Azərbaycan iqtisadi əməkdaşlığımızı daha da gücləndirəcək investisiyaların təşviqi və qorunması haqqında saziş üzrə danışıqlar aparır”.

Bu barədə Azərbaycan və Bolqarıstan biznes nümayəndələrinin görüşündə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məlumat verib.

Sahib Məmmədovun sözlərinə görə, Azərbaycan ilə Bolqarıstan arasında möhkəm strateji tərəfdaşlıq, qarşılıqlı etimad və ümumi dəyərlər əsasında qurulan əlaqələr inkişaf edir: “Ölkələrimiz arasında 65 sənədin imzalanması nəticəsində əhəmiyyətli dərəcədə genişlənmiş hüquqi bazamızı fəal şəkildə təkmilləşdiririk. Enerji sahəsində uğurlu əməkdaşlığımız ticarət dövriyyəmizin xeyli artmasına səbəb olub. Təkcə 2024-cü ilin birinci rübündə qarşılıqlı ticarət dövriyyəsi təxminən dörd dəfə artaraq 153 milyon dollara çatıb, ixracımız isə dörd dəfədən çox artaraq 146 milyon dollar təşkil edir. Bolqarıstan hazırda Azərbaycanın TOP 10 ixrac bazarı sırasındadır”.

“Azərbaycan Şərqlə Qərbi birləşdirən ən mühüm ticarət yolu olan Orta Dəhlizin inkişafında əsas rol oynayıb”,- deyən iqtisadiyyat nazirinin müavini əlavə edib ki, bu dəhlizin əsasının yaradılmasında Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi mühüm rol oynayıb: “Azərbaycanda, həmçinin, bir neçə xüsusi iqtisadi zona, o cümlədən sənaye zonaları və Ələt azad iqtisadi zonası yaradılıb ki, bu da investisiya potensialımızı xeyli gücləndirib”.

Nazir müavininin sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad edilməsi onun iqtisadiyyatına daha da dəstək olub. Bu ərazilər xüsusi iqtisadi zonalarla yanaşı, 10 ilə qədər bir sıra vergi güzəştləri təklif edərək, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üçün müstəsna imkanlar yaradır.

“Bildirmək istərdim ki, Azərbaycanın qeyri-neft sektoru inkişaf edir və investisiyaların cəlb edilməsi üçün böyük imkanlar təqdim edir. Azərbaycanda siyasi cəhətdən sabit investisiya mühiti çox müsbətdir, buna müxtəlif vergi güzəştləri və digər dövlət ödənişləri kömək edir. Son üç onillikdə Azərbaycana qoyulan investisiyaların ümumi həcmi 300 milyard dollardan çox, qeyri-neft sektoruna isə 200 milyard dollara yaxın olub”, - deyə o vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
vergiler.az

1Mənbələr