AZ

İsveç Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı

İsveç Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı

İsveç Mərkəzi Bankı səkkiz ildə ilk dəfə faiz dərəcələrini aşağı salıb.



Bankdan verilən açıqlamada uçot dərəcəsinin 0,25 baza azalaraq 3,75 faizə endirildiyi bildirilib. Bankın 2016-cı ildən bəri ilk dəfə olaraq faiz dərəcələrini aşağı salması diqqət çəkib.

Pul siyasətində daha da yumşalma ehtimalına diqqət çəkən açıqlamada, "İqtisadi aktivliyin zəif olduğu və inflyasiya hədəfə yaxınlaşdığı zaman pul siyasəti yumşala bilər" qeyd edilib.

İsveçdə ötən il enerji və ərzaq qiymətlərinin artması səbəbindən illik inflyasiya 10 faizi ötüb.

Son aylarda İsveçrə, Çexiya və Macarıstanın mərkəzi bankları da faiz dərəcələrini aşağı salıblar.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
afn.az

1Mənbələr