AZ

Braziliyada aeroport təyyarələrlə birlikdə suyun altında qaldı

Hurriyyet.az xəbər verir ki,Braziliyanın Portu-Aleqri şəhərində yerləşən Salqadu Filyu aeroportu güclü leysanlardan sonra suyun altında qalıb. Bu barədə məlumatı "CNN Brazil" telekanalı verib.
Sosial şəbəkələrdə yayılan videolarda təyyarələrin və aeroport binasının suyun içərisində olduğu görünür. CNN kanalının məlumatına görə, mayın 30-na qədər aeroportda təyyarələrin uçuşları və enişləri dayandırılıb. Həmin tarixlərlə bağlı planları olan sərnişinlərə aeroportla əlaqə saxlayıb problemlərini şəxsən həll eləmək məsləhət görülüb.
Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
hurriyyet.az

1Mənbələr