AZ

Fransa qoşunları Ukraynaya yerləşdirilsə, Moskva qüvvələrinin hədəfinə çevriləcək - ÖZƏL

Fransa hərbçiləri Ukraynadakı münaqişə zonasına yerləşdirilərsə, onlar qaçılmaz olaraq Rusiya ordusunun hədəfinə çevriləcək.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Əgər fransızlar münaqişə zonasına düşsələr, onlar qaçılmaz olaraq Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevriləcəklər. İnanıram ki, Paris bunun belə olacağını anlayır", - o qeyd edib.
Diplomatın sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun döyüşkən ritorikası "təkcə bir çox Avropa İttifaqı və NATO müttəfiqləri tərəfindən deyil, həm də - ən əsası - "Fransa vətəndaşlarının böyük əksəriyyəti tərəfindən rədd edilir". "Düşünürəm ki, onlar Makronun strateji qeyri-müəyyənliyinin qurbanı olublar, çünki onlar Makronun nədən danışdığını bilmirlər. Lakin onlar başa düşürlər ki, bütün bu ritorika çox təhlükəli və aqressivdir və indi bu, birbaşa Fransa vətəndaşlarına təsir edir" - Zaxarova vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
41
olaylar.az

10Mənbələr