AZ

Daha bir çempion vida edir

Dünya reytinqinin keçmiş 3 nömrəsi Dominik Tim ilin sonunda karyerasını bitirəcək. Bu barədə “Salzburger Nachrichten” məlumat yayıb.

30 yaşlı tennisçi 2021-ci ildən bəri özünə gələ bilmir. Bunun da səbəbi biləyindəki zədədir. İndiyədək bu zədə ona normal oynamağa imkan vermir.

Xatırladaq ki, avstriyalı tennisçi 2020-ci ildə ABŞ açıq çempionatının qalibi olub. Bundan başqa o, iki dəfə ilin yekun turnirinin finalında oynayıb. Tim 16 dəfə ATP turnirlərində qalib gəlib.

Avstriyalı tennisçi doğma ölkəsində oktyabr ayında keçiriləcək ATP 500 seriyalı turnirdə iştirakdan sonra peşəkar idmanla vidalaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
futbolinfo.az

1Mənbələr