AZ

Şuşanın intibah dövrünü görmək ilahi həqiqətin təcəssümüdür - ÖZƏL

"1992-ci ildən 2020-ci ilin noyabrın 8-ə  qədər hər il Şuşanı böyük həsrətlə anırdıq. Lakin xeyirin şərə qalib gələcəyinə hər zaman bütün məqamlarda inanmışıq. Bu gün şüküranlıqla həmin tarixi yaşayırıq.Vüqarı, qüruru özünə qayıdan bu şəhərə biz həmişəlik qayıtmışıq. Şuşanın intibah dövrünü görmək hər birimiz üçün ilahi həqiqətin təcəssümüdür. Şəhərdə aparılan quruculuq, abadlıq işləri Şuşanın əvvəlki möhtəşəmliyinin bərqərar olacağına hədəflənib. Bu məkanın tikililəri, tarixi abidələri keçmişlə müasirliyin sintezini özündə ehtiva etməklə bərabər regionun qeyri adi təbiəti ilə harmoniya təşkil edir". "Olaylar" xəbər verir ki, bunu  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib: "Gerçəkdən, Şuşanın azad olunması ilə Azərbaycan müasir hərb tarixində çox mühüm yeniliklərə imza atdı. Bütün bunlar çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır. Şuşanı gəzərkən həmin möhtəşəm hərbi əməliyyatlarda iştirak edib şəhid olan qardaşlarımızı ehtiramla anırıq. Onların qəhrəmanlığı, əsgərlərimizin şərəfli döyüş yolu gələcək nəsillər üçün örnəkdir. Biz də millət olaraq həm hərb tariximizi, həm də bu qədər üzləşdiyimiz fəlakətlərin səbəbini, mahiyyətini öyrənməliyik. Və bir daha belə fəlakətlərin baş verməməsi ilə bağlı baş sındırmalıyıq. Şuşa daxil olmaqla bütün dəyərlərimizə zamanında dəyər verməliyik. İşğaldan azad olunmuş bütün ərazilərimiz, o cümlədən, Şuşanın real görüntüləri əhəmiyyətli informasiya mənbəyidir. Bunu ura halında deyil, yalnız peşəkarların iştirakı ilə sənədli, bədii filmlərə, ədəbiyyat nümunələrinə köçürmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
olaylar.az

1Mənbələr