Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə qərar qəbul edib.
Mia.az Report-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında sabiq generalın cinayət işi üzrə qərardan verilən kassasiya şikayəti və prokurorluğun protesti təmin edilməyib.