AZ

Jurnalistlər Fodeni seçdilər

İngiltərə Futbol Jurnalistləri Assosiasiyası premyer-liqasında mövsümün ən yaxşı oyunçusunu seçib.

Bu nominasiyada Fil Foden qalib gəlib.

“Mançester Siti”nin yarımmüdafiəçisi 42 faiz səslə 1-ci yeri tutub. Sihayıda 2-3-cü yerlərə Deklan Rays (Arsenal) ilə Rodri (Mançester Siti) layiq bilinib.
Qeyd edək ki, Foden bu mövsüm İngiltərə premier-liqasında 32 matçda meydana çıxıb, 16 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
football-plus.az

1Mənbələr