AZ

PSJ prezidenti Luis Enrike ilə bağlı sualı əsəbi cavabladı

PSJ prezidenti Nasser Əl-Xelaifi, Çempionlar Liqasının yarımfinalında məğlubiyyətdən sonra baş məşqçi Luis Enrikeyə dair sualı cavablayıb.

Arena.az xatırladır ki, PSJ yarımfinal mərhələsinin hər iki oyununda Dortmund “Borussiya”sına 0:1 hesabı ilə məğlub olaraq, mötəbər yarışda iştirakına xitam verib.

Nasser Əl-Xelaifi bu məğlubiyyətdən sonra komandanın çalışdırıcısı, ispan mütəxəssis Luis Enrikenin klubdakı gələcəyi ilə bağlı sual ünvanlamış jurnalistə əsəbi cavabı ilə diqqət çəkib:

“Sözün düzü, bu nə sualdır? Düzünü deyin, sizin futboldan başınız çıxır?” – “RMC Sport” dərgisi qətərli iş adamından sitat gətirir.

Xatırladaq ki, 54 yaşlı Luis Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Parislilər Luis Enrikenin rəhbərliyi altında erkən surətdə Fransa çempionu olublar. Bu, klub tarixində 12-ci müvafiq zəfərdir və mütləq Fransa rekordudur. Həmçinin ispan mütəxəssis PSJ-yə Fransa Super Kubokunu qazandırıb. O, bu komandanı həm də mayın 25-də həlledici oyuna çıxaracağı Fransa Kubokunun finalına daşıyıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
arena.az

1Mənbələr