AZ

Gənc məşqçisi matç zamanı öldü: Onu təsadüfən oyunçu VURDU

Rusiyada “Dinamo” uşaq məktəbinin 23 yaşlı məşqçisi Yeqor Kaşin Soçidə yoldaşlıq görüşü zamanı dünyasını dəyişib.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, oyun zamanı rəqib komandanın oyunçusu bilmədən məşqçiyə dirsəyi ilə zərbə endirib. Məşqçi düz meydançada beyin qanamasından dünyasını dəyişib.

Məlumata görə, bir neçə il əvvəl Kaşin futbol meydançasında ölümlə üz-üzə qarşılaşmışdır. Məşq zamanı o, huşunu itirmişdir, lakin həkimlər idmançını xilas edə bilmişdirlər.

“Akademiya gənc uşaqlar üçün əla mentorunu və sevimli işinə sadiq olan dostunu itirdi. Bu, bütün Dinamo ailəsi üçün böyük itkidir”, – deyə Dinamo adına Futbol Akademiyasının nümayəndələri yazıblar.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
medianews.az

1Mənbələr