AZ

"Qalatasaray" qanalı yarımmüdafiəçi ilə maraqlanır

Yeni mövsüm üçün transfer çalışmalarına başlayan "Qalatasaray" üçün Tomas Partey iddiası ortaya atılıb.

"Operativ Media" xəbər verir ki, "sarı-qırmızılı" klubun qanalı dayaq yarımmüdafiəçisi ilə maraqlandığı xəbəri mətbuatda əksini taparkən, Partey üçün "Arsenal"ın istədiyi məbləğ üzə çıxıb.

Səudiyyə Ərəbistanı komandaları da Tomas Parteyi transfer etmək istəyirlər. "Əl Əhli", "Əl Nəsr" və "Əl Xələj" təcrübəli yarımmüdafiəçini heyətlərinə qatmaqda maraqlıdır. 

Bu arada, "Arsenal"ın Tomas Parteydən 30-35 milyon avro civarında transfer gəliri gözlədiyi bildirilir.

 "Arsenal" 2025-ci ilə qədər müqaviləsi olan Tomas Parteyi "Atletiko Madrid"dən 50 milyon avroya transfer etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
operativmedia.az

1Mənbələr