AZ

Serj Qnabri: “Bu, bizi heç də gərginləşdirmir”

“Bayern”in hücumçusu Serj Qnabri Münhen klubunun baş məşqçi axtarışlarının komandaya təsiri haqda fikrini bildirib.

Arena.az almaniyalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Əlbəttə, bu, paltardəyişmə otağında müzakirə mövzusudur, amma bu, komanda olaraq bizi heç də gərginləşdirmir. Başqa nə etməliyik? Əminəm ki, düzgün həll yolu tapılacaq” deyə Qnabri vurğulayıb.

Xatırladaq ki, Serj Qnabri 2017-ci ilin iyul ayından “Bayern”də çıxış edir. Yarımmüdafiəçi Münhen təmsilçisində bütövlükdə 237 oyuna çıxıb, 86 qol vurub, 53 məhsuldar ötürmə müəllifi olub.

Qnabri karyerası ərzində “Verder”, “Hoffenhaym”, “Arsenal”, “Vest Bromviç” kimi klubların da formasını geyinib.

Yarımmüdafiəçi 2016-cı ilin noyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 45 oyuna çıxıb, 22 qola imza atıb, 9 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı alman futbolçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, hazırda “Bayern”i çalışdıran alman mütəxəssis Tomas Tuxel cari mövsümün sonunda klubu tərk edəcək. Daha əvvəl mətbuatda, Tuxelin müəyyən şərtlər altında “Bayern”də qala biləcəyi ilə bağlı şayiələr yayılmışdı. Digər tərəfdən bu məlumatın əsassız olduğu haqda xəbərlər də var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
arena.az

1Mənbələr