AZ

Liseydən qovulan şagird direktoru öldürdü - FOTO

İstanbulda təhsil müəssisəsindən qovulan tələbə direktoru öldürüb.

Bakupost.az xəbər verir ki, Özəl Eyüpsultan Final Akademiyası Anadolu Liseyində İraq əsilli olduğu iddia edilən Y.K., müəllimləri və direktoru İbrahim Oktuqan ilə yaşadığı problemlərdən sonra 2023-cü ilin dekabrında məktəbdən qovulub.

Məktəbdən qovulan Y.K. 5 ay sonra bu səhər liseyə gələrək məktəb direktoru İbrahim Oktuğanın otağına girib, onu güllələyib.

Hadisəni törədən şəxs dərhal polislər tərəfindən saxlanılıb.

Ağır yaralanan direktor İbrahim Oktuqan bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.


Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
bakupost.az

1Mənbələr