AZ

Maradonanın "Qızıl top"u hərraca çıxarılır

style='margin-bottom:10px;'>

1986-cı il dünya çempionatının ən yaxşı oyunçusu seçilən Dieqo Maradonanın aldığı "Qızıl top" hərraca çıxarılacaq.

QOL.az AP-yə istinadən xəbər verir ki, hərrac iyun ayında Parisdə keçiriləcək.

Hərracda "Qızıl top" üçün milyonlarla pul təklif ediləcəyi gözlənilir.

Qeyd edək ki, Maradona 1986-cı il dünya çempionatında Argentina millisi üçün 5 qola imza atıb. Bundan sonra o, "Qızıl top"la mükafatlandırılıb. Əfsanəvi futbolçu 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
23
teleqraf.com

10Mənbələr