AZ

İngiltərənin Rusiyanı Avropanın enerji bazarından kənarlaşdırmaqPLANI

İngiltərənin Rusiyanı Avropanın enerji bazarından kənarlaşdırmaq üçün atdığı addım bəlli olub.

“İki sahil” NTV-yə istinadla xəbər verir ki, Böyük Britaniya gələcək nəsil atom elektrik stansiyalarını yanacaqla təmin etmək üçün Avropanın ilk yüksək əyarlı aşağı dərəcədə zənginləşdirilmiş uran (High-Assay Low-Enriched Uranium) istehsalı müəssisəsinə 196 milyon funt sterlinq investisiya qoyacaq.

Hökumət bu məbləği beynəlxalq şirkət olan “Urenco”ya HALEU obyekti qurmaq üçün verəcək.

İngiltərənin baş naziri Rişi Sunak, uranın zənginləşdirilməsi obyektinin yaradılmasının Rusiyanı Avropa enerji bazarından çıxarmaq üçün vacib olduğunu diqqətə çatdırıb.

Sözügedən obyektin 2031-ci ilə qədər ixrac və ya daxili istifadə üçün hazır yanacaq istehsal etməsi hədəflənir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
ikisahil.az

1Mənbələr