AZ

“Etirazçıların məqsədi hakimiyyəti zorla ələ keçirməkdir”- Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti

Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı etiraz aksiyalarının təşkilatçılarının məqsədi hakimiyyəti zorla ələ keçirməkdir.

Azpost.info xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Gürcüstan xüsusi xidmət orqanlarının məlumatına görə, etirazçılar xaricdən kriptovalyuta şəklində pul alırlar və aqressiyasının hədəfi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

“Rəngli inqilablar”ın təşkili ilə bağlı hədə-qorxu, rüşvətxorluq, onların aksiya iştirakçılarının tərəfinə keçməsi kimi üsullardan istifadə olunur ki, bu da son nəticədə dövlət strukturlarının dağılmasını və hakimiyyətin güc yolu ilə ələ keçirilməsini hədəfləyir”, – məlumatda qeyd olunur.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
azpost.info

1Mənbələr