AZ

Yaponiyada Fukusima Atom Elektrik Stansiyasında tullantı sularının axıdılmasının ilkin mərhələsi 2024-cü ilə qədər başa çatacaq

Stansiyada toplanmış radioaktiv emal olunmuş tullantı sularının okeana axıdılmasının ilkin mərhələsi 2024-cü ilə qədər başa çatacaq. Hələlik qeyd edilib ki, evakuasiya zamanı sahilyanı ərazilərdə aparılan müayinələrdə normadan kənar heç nə təsbit edilməyib.

Əməliyyat şirkəti 7 axıdma mərhələsində cəmi 54 min 600 ton çirkab sularının axıdılmasını planlaşdırır və 31 mart 2025-ci ildə bu planlaşdırma başa çatacaq. Aparılan işlər zamanı radioaktiv tullantı suları dənizin altında tikilmiş tunel vasitəsilə 1 kilometr dənizin içərisinə axıdılır.

Xatırladaq ki, 2011-ci ildə Yaponiyada baş vermiş 9 bal gücündə zəlzələ zamanı elektrik stansiyasının reaktorunda yaranan nüvə çökmələri havaya buraxılmış və stansiyanın ətrafı evakuasiya zonası kimi elan olunmuşdur.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
oxumeni.az

1Mənbələr