AZ

Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə tibbi aksiya təşkil olunub

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi (STM) Stansiya Sumqayıt yaşayış massivindəki 43 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tibbi aksiya keçirib.
 
STM-dən Aztibb.az-a verilən məlumata görə, icbari tibbi sığorta çərçivəsində keçirilən aksiyada terapevt, oftalmoloq, kardioloq, nevroloq, otolarinqoloq və şüa-diaqnostika mütəxəssisləri tərəfindən müxtəlif yaş qruplarından olan 50-dən artıq vətəndaş 250-yə yaxın tibbi xidmətdən olan kardioloji, nevroloji, şüa-diaqnostika, laborator və elektrokardioqramma (EKQ) müayinələrindən keçib.
 
Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib. Müayinə zamanı 1 xəstədə miokard infarktının yarımkəskin mərhələsi aşkar edilərək stasionar müalicəyə göndərilib. Bundan başqa öd kisəsinin çoxsaylı konkrementləri, xroniki pankreatit, şübhəli qlaukoma, quru göz sindromu, sinusit, allergik rinit və digər patologiyalar aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
 
Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd şəhərdən kənarda yerləşən yaşayış məntəqələrində məskunlaşan vətəndaşların da icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
aztibb.az

1Mənbələr