AZ

Məşhur iş adamlarından qızıl kimi 5 tövsiyə

Yeni bir işə başladığınız zaman və ya öz işinizi qurmağa çalışdığınız zaman təcrübəli insanların məsləhətlərinə qulaq vermək həmin sahədə uğursuzluq faizinizi aşağı salacağı demək olar ki , hər kəs tərəfindən qəbul edilən bir həqiqətdir. Zamanın sürətlə axıb-getdiyi müasir dünyamızda sizə faydalı olacağını düşündüyümüz məhşur insanların 5 tövsiyəsini sizin üçün topladıq. 

21-ci əsrin ən uğurlu investoru kimi tanınan amerikalı Waren Edward Buffett bütün işlərində və layihələrində özünə şüar kimi qəbul etdiyi "mənəvi dəyərlər"ə sahib olmağı gənc sahibkarlara da məsləhət görür. Məşhur iş adamı insanlara özlərinə "hakim olmağı" və "təvazökar olmağı" tövsiyə edir. Bu keyfiyyətlər çətin rəqabət şəraitində insani dəyərləri itirməməklə yanaşı başqalarının dəyərini bilmək üçün də vacibdir.

Bir çoxumuzun çox yaxşı tanıdığı Tupperware markasının baş direktoru Rik Qoinqs, şirkətinin kommunikasiya şəbəkəsi haqqında mühüm ipuclarını insanlarla bölüşmüşdür.  Məhsullarını birbaşa ünsiyyət vasitəsi ilə bazara çıxaran brendin CEO-su işçilərinə ətrafdakı insanlarla həmişə yaxşı rəftar etməyi tövsiyə edir. Baş direktorun fikrincə, "uğurun açarı insanların bir-birinə olan xoş rəftarında gizlidir".

Daha tez-tez “Bəli” deyin. Bu isə Google-un keçmiş icraçı direktoru Erik Şmidtin tövsiyəsidir. Həyatın standartlığından kənara çıxmaq çıxmaq və yeni imkanlar yaratmaq bəzən gözlərinizi yumub sonunu görmədiyiniz yeniliklərə yelkən açmaqla mümkündür. Yeni ölkələrə səfər etmək, yeni insanlar tanımaq, yeni şeylər öyrənmək və s. kimi önəmli şeylər qarşılaşdığınız fürsətlərdən istifadə edib-etməməyinizdən asılıdır. Bir “Bəli” bəzən üzünüzə tamamilə fərqli bir dünyanın qapılarını aça bilər.

Türkiyədə və dünyada böyük layihələrə imza atan Rəhmi Qoç isə sahibkarlara hər zaman "intizamlı bir həyata" və "sabitliyə sahib omağı" tövsiyə edir. Bundan əlavə, o, iş dünyasının əvəzolunmaz hissəsinə çevrilmiş ingilis dilini mükəmməl mənimsəməyin vacib olduğunu bildirir. "Bir dil = Bir insan" prinsipindən başqa, beynəlxalq areyana açılmaq üçün İngilis dili mükəmməl bir köməkçidir.

Son olaraq, Türkiyənin qabaqcıl iş adamlarından olan Nafi Güralın gənclərə verdiyi tövsiyəni təqdim edirik. “İş axtarma, öz işini qur!” şüarı ilə Güralın insanları istehlakçıdan istehsalçıya çevirməyi hədəflədiyi aydınlaşır.

Rəhim

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
valyuta.az

1Mənbələr