AZ

"Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində ölkəmizdə insan hüquq və azadlıqlarının təmini sahəsində mühüm addımlar atılıb"

"Naxçıvan diyarı dövlətimizin çoxəsrlik keçmişində hər zaman mühüm yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Əhəmiyyətli strateji mövqeyə malik olan Naxçıvan tarixboyu gərgin siyasi mübarizələr meydanına çevrilib. Belə dövrlərdən biri də ötən əsrin 20-ci illərində olub. Tarixi ədalətsizlik nəticəsində SSRİ dövründə Ermənistana verilən Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın qərb rayonları ilə ayırsa da, Naxçıvan Azərbaycan Respublikasının tərkib hissəsi kimi daim dövlətimizin və Respublika rəhbərliyinin xüsusu diqqət mərkəzində olub".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda keçirilən “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfransda deyib.

Müstəqil Azərbaycanın memarı olan və 101 illik yubileyini qeyd etdiyimiz Ulu Öndərin səyləri nəticəsində Naxçıvan erməni işğalından, onun muxtariyyəti isə ləğv olunmaq təhlükəsindən xilas edildi. Ümummilli liderin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan parlamentinin iclasında müstəqil dövlətçilik tariximizlə bağlı mühüm tarixi qərarlar qəbul olunub, Muxtar Respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Ali Sovetin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub və onun Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli Fərmanı ilə Naxçıvanın 75 illik yubileyi geniş qeyd olunub".

A.Bağırov söyləyib ki, Ulu Öndərin xalqın qətiyyətli təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş, ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, onların inkişafı və müdafiəsi sahəsində bir sıra mühüm addımlar atılıb: "Bu addımların başında məhkəmə-hüquq sahəsində aparılan mütərəqqi islahatlar yer alırdı. Belə ki, 1995-ci ildə ümumxalq səsverməsi ilə Konstitusiyamız qəbul olundu və Konstitusiyada blokada şəraitində olan Naxçıvanın Muxtariyyət statusu bir daha öz əksini tapmışdır. Ulu Öndərin başçılığı ilə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlanmış və 1998-ci ildə qəbul edilib".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
e-huquq.az

2Mənbələr