AZ

Gürcüstan Qərbi ölkədə iğtişaş salmağa hazırlaşmaqda günahlandırır

Gürcüstan Qərbi ukraynalıların əli ilə ölkədə iğtişaş salmağa hazırlaşmaqda günahlandırır.

Ukraynada hazırda döyüşməyə əsgərlərin çatışmamasını nəzərə alanda onlardan Tbilisıdə istifadə ediləcəyi barədə Gürcüstan kəşfiyyatının heç bir fakt, sübut olmadan onları günahlandırması külünc və gülməli görünür.

Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasından sonra ölkədə əmələ gələn gərginlik davam etməkdədir. Öz növbəsində Gürcüstanın müvafiq qurumları Qərbin kəşfiyyat orqanlarının əli ilə ölkədə iri miqyaslı iğtişaşlara hazırlaşdığıni iddia edirlər.

Gürcüstan kəşfiyyatı bu işdə Qərbin ukraynalılardan istifadə edəcəyini bildiriblər. Buna isə inanmaq çətindir. Çox güman ki, ukraynalıların guya təxribatlara cəlb edildiyi və ya ediləcəyi barədə ssenari Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq Gürcüstan kəşfiyyatına ötürülüb.

Ukraynada hazırda döyüşməyə əsgərlərin çatışmamasını nəzərə alanda onlardan Tbilisıdə istifadə ediləcəyi barədə Gürcüstan kəşfiyyatının heç bir fakt, sübut olmadan onları günahlandırması uşaq sayıqlaması təsiri bağışlayaraq gülməli görünür.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
oxumeni.az

1Mənbələr