AZ

"Qarabağ" 2 illik müqavilə imzaladı – Millinin müdafiəçisi ilə

«Qarabağ»da növbəti imza həyata vəsiqə qazanıb.

Ağdam klubu Çempionlar Liqasına Bədavi Hüseynovla getməyi məsləhət bilib.

«Köhlən atlılar» sözləşməsi bitmək üzrə olan müdafiəçi ilə əməkdaşlığın müddətini uzadıb. 2012-ci ildən burada çıxış edən arxa xətt oyunçusu növbəti 2 mövsümü də eyni düşərgədə keçirəcək.

«Qarabağ»ın formasını geyinməyə başladığı dönəmdən milliyə də dəvət alan 32 yaşlı dağıstanlı ilə yanaşı, daha 4 oyunçu ilə anlaşma yenilənib.

Bunlar Bəhlul Mustafazadə, Nəriman Axundzadə, Kevin Medina və Amin Ramazanovdur.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
sportinfo.az

1Mənbələr