AZ

Əli Əsədov Ərdoğanla GÖRÜŞƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Görüş Türkiyə Prezidentinin sarayında baş tutacaq.

 

Məlumata görə, Türkiyənin vitse-prezident Cevdet Yılmaz da Əli Əsədov ilə təkbətək görüş keçirəcək.

 

Cevdet Yılmaz Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının nümayəndə heyətlərarası iclasına, protokol imzalanma mərasiminə, Türkiyə-Azərbaycan Biznes Forumuna qatılacaq və mətbuata açıqlama verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
modern.az

2Mənbələr