AZ

"Sabah" böyükhesablı qələbə ilə başladı - Yarımfinal seriyasına

Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) pley-off yarımfinal oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, pley-offun yarımfinal mərhələsində "Sabah" və "Xırdalan" arasında seriyanın 1-ci oyunu baş tutub.

Görüşün əvvələrindən üstünlüyü ələ keçirmiş "Sabah" yekunda 101-85 hesablı rahat qələbə qazanıb.

Bu qələbə ilə "Sabah" seriyanın ümumi hesabında 1-0 önə keçib.

Ən məhsuldar basketbolçular: "Sabah" (Kivon Devenport - 24 xal, 3 ribaund), "Xırdalan" (Teyvion Körk - 27 xal, 9 asist)

"Sabah" və "Xırdalan" arasında yarımfinal seriyasının 2-ci oyunu 10 may tarixində baş tutacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
sportinfo.az

1Mənbələr