AZ

1981-ci ildə Ümummilli Lider Heydər Əliyevin Ağdam səfəri – NADİR KADRLAR

1981-ci ildə Ümummilli Lider Heydər Əliyevin Ağdam səfəri – NADİR KADRLAR

"Sovet İttifaqı Kommunist Partiyası 26-cı qurultayının tarixi qərarını inamla həyata keçirən Azərbaycanın kənd əməkçiləri 11-ci 5 illiyin plan və tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə səy göstərirlər. Qazanılmış nailiyyətlər Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin həyata keçirdiyi böyük təşkilatçılıq işinin nəticəsidir. Təsərrüfat ilinin qızğın çağında keçirilən partiya təsərrüfat yığıncaqlarında, zonalarda Heydər Əliyevin kənd əməkçiləri ilə görüşləri imkanları geniş səfərbərliyə almaqda böyük rol oynamışdır".

Sonxeber.az xəbər verir ki, bu barədə AzTV-nin "Qızıl Fond"unda qorunan 1981-ci illərə aid arxiv materialında bildirilib.

Sözügedən kadrlarda iştirakçılar Ağdam rayonunun pambıq tarlalarında işin gedişi ilə yaxından tanış olublar. Heydər Əliyev qeyd edib ki, həmin illərdə respublikamızın bütün rayonlarının ağ qızıl ustalarının işi yüksək diqqətə layiqdir. Müşavirədə respublikamızın taxılçılığın sürətli inkişafından bəhs edilib. Həmin illərdə Ağdam taxılçılarının qazandığı nailiyyətlər sözün əsl mənasında təqdirəlayiq olub.

Ətraflı videomaterialı təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
sonxeber.az

2Mənbələr