AZ

Oğuzda maşın aşdı - Yaralananlar var

Minik avtomobili aşıb, bir nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə Oğuz rayonunun Qarabulaq kəndində  baş verib.

 

Belə ki, hərəkətdə olan “Ford Fusion” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə Oğuz rayon sakini, 1992-ci il təvəllüdlü Elçin Maqsud oğlu İsmayılov xəsarət alaraq, Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
107
50
modern.az

10Mənbələr