Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 101-ci ildönümü münasibətilə "Dünyaya sağlam gözlərlə baxaq" adlı tibbi aksiya keçirilib.
Bu barədə Aztibb.az-a Cəbrayıl RMX-dan bildirilib.
Müayinələr Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Afaq Qəhrəmanova və tibb işçiləri tərəfindən aparılıb. Ümumilikdə aksiyadan 20-dən çox vətəndaş yararlanıb.