AZ

Zamanımızın dəyərini BİLİRİKMİ? Bir daha gəlməmək şərti ilə gedən vaxtın ən dəqiq GÖSTƏRİCİLƏRİ- VİDEO

Zamanımızın dəyərini BİLİRİKMİ? Bir daha gəlməmək şərti ilə gedən vaxtın ən dəqiq GÖSTƏRİCİLƏRİ- VİDEO

Saat hər birimizin həyatında əvəzolunmaz aksesuardır. İllərin tozlu səhifələrindən, günümüzə gəlib çıxmış bu cihazları nəinki evimizdə, qolimuzda da daşıyırıq. Texnologiyanın inkişafı saatlardan yan keçməyib. Hətta qol saatlarını yenidən dəbə gətirib və sözügedən cihazları ağıllı istehsal etməuı bacarıblar.

Sonxeber.az xəbər verir ki, "Aztv Xəbər" mövzu ilə bağlı sakinlər arasında sorğu keçirib. Əlbəttə ki, gənc nəslin nümayəndələri, o cümlədən zamanla ayaqlaşmaq istəyənlər smart saatlara üstünlük verir. Təbii ki, nostaljik hisslər yaratdığı üçün mexaniki saatlara üstünlük verəndə az deyil. Onlar düşünür ki, mexaniki saatlarda əks olunan rəqəmlər psixoloji baxımdan insanlara daha çox təsir edir.

Göründüyü kimi, zövqlər müxtəlif olduğu kimi, seçimlərdə müxtəlifdir. Smart saatların sayı artsa da, tələbat daha çox mexaniki modellərədir.

"Hal-hazırda müştərilərin üstünlük verdikləri ənənəvi saatlardır. Smart saatlara isə tələbat bir qədər azdır. İş adamları daha çox klassik üslubda, bəziləri isə həm sport, həm də klassik modellərə üstünlük verir".

Ətraflı "Aztv Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
sonxeber.az

1Mənbələr