AZ

Husilər Aralıq dənizində hücumlara başlayıb

Yəmən husiləri HƏMAS və İsrail arasında gərgin danışıqlar fonunda Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarını artırıb.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Ofisi bildirib ki, husilər mayın 6-da Ədənin 90 kilometr cənubunda iki gəmiyə raket zərbələri endiriblər. Gəmilər və onların heyəti zərər görməyib. Bundan əlavə, husilər Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələri üzərində qələbə qazandıqlarını və hücumların yeni mərhələsinə keçdiklərini bəyan ediblər.

Husilərin nəzarətində olan SABA xəbər agentliyi bildirib ki, yeni mərhələ onların pilotsuz təyyarələri və raketlərinin əhatə dairəsində olan İsrailə bağlı bütün gəmiləri hədəf alacaq.

Husilərin sözçüsü Yəhya Sarya bildirib ki, İsraillə əlaqəli gəmilərə zərbələr Aralıq dənizinə qədər uzanacaq. Təl-Əviv Fələstinin Rəfaha planlı hücumunu həyata keçirərsə, İsraillə bağlantılı olan bütün şirkətləri hədəf almaq üçün hücumlar gücləndiriləcək.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
hurriyyet.az

1Mənbələr