Demokrat.az bildirir ki, bu barədə “Bizim Lənkəran” səhifəsində bildirilib.
Lənkəran rayonunun Şağlaser kəndində anadan olan Şəhid Musayev İbad Musarza oğlunun nəşi 30 ildən sonra Beyləqan rayonunun ərazisində müəyyən edilib.
İ.Musayev 1994-cü il yanvar ayının 26-da Füzuli rayonunun Əbdürəhmanlı kəndində gedən döyüşlərdə itkin düşmüşdü. Şəhidimizin nəşi bu gün- may ayının 8-də Şağlaser kəndinə gətiriləcək və kənd qəbiristanlığında dəfn olunacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.