AZ

ÇL: "Borussiya" PSJ-ni məğlub etdi, finala yüksəldi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, PSJ Fransada Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib.

Görüşü italiyalı Daniele Orsato idarə edib. İlk görüşdə 1-0 qalib gələn Dortmund təmsilçisi ikinci görüşdə də 1-0 qalib gələrək Çempionlar Liqasının finalına yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər matçında bu gün "Real Madrid" - "Bavariya" ilə qarşılaşacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
milli.az

2Mənbələr