AZ

"Fahree və İlkin onların ürəklərini fəth ediblər"

"Bu, Fahree-nin böyük səhnədə ilk çıxışı idi. Həm onun, həm də İlkin üçün böyük təcrübə oldu. Onların çıxışı Avroviziyanın çox da rəngarəng olmayan yarımfinalına böyük rəng qatdı. Həm xarizmaları, həm də bizim milli boğazlarımızla...İnanıram və bilirəm ki, ordakı tamaşaçıların ürəklərini fəth ediblər".

Teleqraf.com xəbər verir ki, bunu bəstəkar Vüqar Camalzadə İctimai Televiziyanın efirində "Avroviziya 2024"-ə həsr olunan verilişdə deyib.

Qeyd edək ki, Azərbaycanı İsveçin Malmö şəhərində keçirilən "Avroviziya-2024" mahnı müsabiqəsində təmsil edən Fahree və İlkin Dövlətov səsvermənin nəticələrinə görə finala keçə bilməyiblər.

Yarışmanın ikinci yarımfinalı mayın 9-da, finalı isə mayın 11-də olacaq.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
teleqraf.com

1Mənbələr