AZ

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artır

Azərforum Report-a istinadla xəbər verir ki, Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.

Axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.

Qeyd: Ötən gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olmalar başlayıb.

 

 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
649
Mənbələr
Şərh ()
Bağla