- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Makron və Si Cinpin Fələstinin 1967-ci il sərhədləri daxilində müstəqilliyi üçün çıxış ediblər.
Fransa prezidenti Emmanuel Makron və Çin prezidenti Si Cinpin Çin liderinin Parisə səfəri zamanı müstəqil və yaşaya bilən Fələstin dövlətinin yaradılmasından yana danışıblar və bu dövlətin 1967-ci il sərhədləri daxilində mövcud olması barədə razılığa gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“İki dövlət başçısı 1967-ci il sərhədləri daxilində olan, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına çağırıblar”, – deyə Çinin Mərkəzi Televiziya reportajında deyilir.
Daha əvvəl bildirilmişdi ki, Makron və Si Cinpin Fransada danışıqlardan sonra İranın nüvə probleminin sülh yolu ilə həllini müdafiə ediblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.