AZ

Zelenskini ortadan götürməyə hazırlaşan 2 ukraynalı polkovnik saxlandı– Rusiya iddiası...

Image

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Ukrayna prezidenti Zelenskiyə və digər yüksək rütbəli məmurlara sui-qəsd təşkil etməyi planlaşdıran 2 ukraynalı polkovnikin saxlanıldığını açıqlayıb.

SBU-nun bununla bağlı açıqlamasında bildirilir ki, Zelenski və yüksək səviyyəli şəxslərə sui-qəsd planlaşdıran və məxfi məlumatları Rusiyaya sızdıran şəbəkə ifşa edilib. Qeyd edilir ki, sui-qəsd planında Zelenskini girov götürəcək, sonra isə onu öldürəcək zabitlərdən istifadə nəzərdə tutulurmuş.

Hədəflər arasında raket hücumu ilə öldürülməsi planlaşdırılan Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (GUR) rəisi Kirilo Budanov və SBU rəhbəri Vasil Malyukun olduğu da bildirilir. SBU-nun məlumatına görə, qrup Budanovun olduğu yer haqqında məlumat almaq üçün “köstəbək”dən istifadə etməyi, sonra isə həmin yerə raket və PUA-larla zərbə endirməyi planlaşdırılıb.

Saxlanılan şəxslərdən biri pilotsuz uçuş aparatları və piyada əleyhinə minalar da alıb. SBU rəhbəri Vasil Malyuk iddia edib ki, sui-qəsdlərin vaxtı yeni səlahiyyət müddətinə başlayan Rusiya lideri Vladimir Putinə hədiyyə olaraq təşkil edilib.

SBU sui-qəsdin təşkilində FSB-nin üç əməkdaşının iştirak etdiyini bildirib. Iddia edilir ki, Dimitro Perlin adlı FSB agenti 2022-ci ilin fevralında Rusiya hücumundan sonra ukraynalı ağentlər tapmağa çalışıb. FSB-nin digər əməkdaşı Aleksiy Kornevin saxlanılan polkovniklərdən biri ilə hücumdan əvvəl qonşu Avropa ölkələrində sui-qəsdlə bağlı görüşlər keçirdiyi iddia edilib.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla