AZ

Azərbaycan Basketbol Liqası: Son çempion qələbə ilə başlayıb

Bakı. Trend:

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinəstart verilib.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, ilk oyun günündə çempion “Sabah” “Xırdalan”laüz-üzə gəlib.

Bu, tərəflərin mövsümdə 3-cü qarşılaşması olub. Komandalarhərəyə 1 dəfə qalib gəliblər. Yarımfinalın ilk oyununda "Sabah"qalib gəlib. Çempion bu görüşdə ciddi çətinliklə üzləşməyib.

Seriyada 2 qələbə qazanacaq klub finala adlayacaq.

Qeyd edək ki, yarımfinalın digər cütündə sabah NTD-İNDİQO“Xəzri” ilə qarşılaşacaq.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla