AZ

Dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, zəhərlənən 40 nəfər Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edib.

 

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.

 

***

07.05.2024 / 23:08

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

 

Modern.az xəbər verir ki, nu barədə Baş Prokurorluq məlumat yayıb.

 

İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib.

 

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

***

22:20

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

 

“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.

 

***

 

Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

 

Bu barədə Modern.az-a TƏBİB-dən bildirilib.

 

Qeyd olunub ki, onlardan 5-i uşaqdır:

 

“Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir”.

 

***

19:16

 

Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı - 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

 

Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub. Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla