AZ

Türkiyə Kubokunda ilk finalçı - “Beşiktaş”

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə birinci finalçının adına aydınlıq gəlib.

“Beşiktaş” doğma meydanda “Ankaragücü” ilə qarşılaşıb. Bu komandaların Ankarada baş tutan ilk görüşündə qapılara qol vurulmamışdı. Cavab qarşılaşmasında minimal hesabla qalib gələn “Beşiktaş” finala yüksəlib.

Yarımfinalın digər görüşündə “Fatih Karagümrük” “Trabzonspor”la qarşılaşacaq. Beş qolun qeydə alındığı ilk oyun Trabzon təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb – 3:2.

Xatırladaq ki, Türkiyə Kubokunda 2023/2024 mövsümünün final qarşılaşması mayın 23-də keçiriləcək.

Türkiyə Kuboku
Yarımfinalın cavab oyunları

7 may

Beşiktaş – Ankaragücü 1:0
Qol: Ernest Muçi, 70.
İlk oyun – 0:0.

8 may

21:30. Fatih Karagümrük – Trabzonspor
İlk oyun – 2:3.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla