AZ

Ukrayna əsgərləri tam xaos içində ruslardan qaçırlar..?

...Deməli, bir müddət bundan əvvəl, Vladimir Zelenski Pravoslav Pasxa bayramı ilə bağlı videomüraciətində döyüş bölgəsində olan əsgərlərini ruhlandırdı.

Bundan bir qədər əvvəl isə o, daha çox zərər görməmək üçün ABŞ-dan vəd edilən silah tədarükünün daha tez çatdırılmasını bir daha tələb etdi.

Amma...

Budur, “T-Online”, Ukrayna əsgərlərinin bütün zirehli texnikalarını qoyub Xerson yaxınlığında - açıq sahədən, gün işığında ruslardan qaçdıqlarını yazr.

Etiraf edilməlidir ki, cəbhənin digər sektorlarında da Ukrayna Silahlı Qüvvələri ciddi təzyiq altındadır: onların təkcə döyüş sursatı və silahları deyil, ilk növbədə canlı qüvvələri yoxdur.

...Açıq meydanda, zirehli texnikasız, günorta ukraynalı əsgərlər ruslardan qaçır. Bəziləri birbaşa ölümə gedirlər. Görüntülərin Xerson ərazisində çəkildiyi bildirilir. Bununla belə, cəbhənin digər sektorlarında Ukrayna hərbçiləri kütləvi təzyiq altındadırlar.

SİA-nın rus mənbələrindən əldə etdiyi məlumata görə, bu il Ukraynada 547 kvadrat kilometr ərazi işğal edilib. Bir müddət bundan əvvəlRusiyanın müdafiə naziri Şoyqu, Donetsk, Xerson, Luqansk vilayətlərində və Zaporojyedə irəliləyiş əldə olunduğunu bildirmişdi.

Əslində bunu rusların şişirdilmiş məlumatı kimi də qəbul etmək olardı.

...Yenə də amma?

Budur, Ukraynanın 148-ci artilleriya briqadasının haubitsa komandiri Aleksandr Kozaçenkonun dedikləri: hazırda canlı qüvvəyə, haradasa dəstəyə ehtiyacımız var, çünki təəssüf ki, cəbhədə yorulan çoxlu insanı itiririk - onlar xəstələnir, səhhətində başqa problemlər də var.

...Təbii ki, şərhə ehtiyac yoxdur.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
Mənbələr
Şərh ()
Bağla