AZ

ABŞ-dan ilk açıqlama

Bildirilib ki, İsrail ordusu Misir sərhədində yerləşən Rəfah sərhəd qapısının Qəzza tərəfini operativ nəzarətə götürüb.

News24.az xəbər verir ki, Vaşinqton İsrail qüvvələrinin Qəzzada Rəfah Sərhəd Qapısını nəzarətə götürməsindən sonra ilk dəfə açıqlama verib.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ Rəfaha qurudan hücumla bağlı İsrailə öz fikirlərini açıq şəkildə ifadə edib.

"Biz girov müqaviləsinin İsrail və Fələstin xalqının maraqlarına uyğun olacağına inanmaqda davam edirik; bu, dərhal atəşkəs gətirəcək və Qəzzaya humanitar yardımın artırılmasına imkan verəcək", - sözçü bildirib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
Mənbələr
Şərh ()
Bağla