AZ

"Beşiktaş" Türkiyə kubokunun finalına yüksəldi

Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, "Beşiktaş" doğma meydanda "Ankaragücü" klubunu qəbul edib.

İlk qarşılaşmada 0-0 hesablı heç-heçə qeydə alınsa da, cavab oyununda "Beşiktaş" 1-0 hesablı qələbə qazanaraq finala yüksəlib.

"Ağ-qaralar"ın finaldakı rəqibinə sabah aydınlıq gələcək. "Trabzonspor" səfərdə "Karagümrük" klubunun qonağı olacaq. Bu komandalar arasında keçirilən ilk qarşılaşmada "Trabzonspor" 3-2 hesablı qələbəyə sevinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
Mənbələr
Şərh ()
Bağla